AZ

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq

Bakı. Trend:

İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəziyerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalıvar. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısındamülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturugecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 %olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterliyağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəintensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğruyağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Şərqküləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturugecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti,gündüz 13-18° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
49
az.trend.az

10Mənbələr