AZ

İranın azərbaycanlı prezidenti bu tarixdə AND İÇƏCƏK

İranda azərbaycanlı prezident Məsud Pezeşkianın andiçmə mərasimi bu gün səhər saat 10-da keçiriləcək.

Bu barədə İRNA agentliyi yazıb.

Mənbə qeyd edir ki, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri iştirak edəcəklər.

Mərasim İran televiziyaları ilə birbaşa yayımlanacaq.

Bir müddət əvvəl andiçmə mərasiminin iyulun 30-da keçiriləcəyinə dair məlumat yayılmışdı.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinin birinci turu iyunun 28-də, ikinci turu isə iyulun 7-də keçirilib.

Xatırladaq ki, M.Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində azərbaycanlı ailəsində anadan olub.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
15
news365.az

10Mənbələr