AZ

Paris-2024: Badmintonçumuz məğlub oldu

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İdmançı qrup mərhələsindəki ilk oyununda çinli He Bin Çzyao ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:2 (8:21, 7:21)

Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da Kirsti Qilmora (Böyük Britaniya) qarşı keçirəcək.

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda vəsiqə qazanacaq. Paris-2024 avqustun 11-də sonlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
21
cbcsport.az

10Mənbələr