AZ

"Paris-2024": Türkiyəli idmançıdan tarixi nəticə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan "Paris-2024" Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.
Oxu.Az "NTVSpor"a istinadən xəbər verir ki, qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.
O, finaldakı mübarizəsinə iyulun 28-də çıxacaq.
Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
oxu.az

10Mənbələr