AZ

Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin yolunu dağıdıb - FOTO

Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub.

Eyni zamanda, sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb.

Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
28
ekologiya.az

10Mənbələr