AZ

Bolqarıstanda çimərlikdə maraqlı tapıntı - FOTO

Bolqarıstanın kurort şəhəri Varnada istirahət edən bir nəfər sahildə sahibsiz obyekt aşkarlayıb və onun qədim Roma sarkofaqı olduğu üzə çıxıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, tapıntı barədə məlumat verildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları çimərliyə gələrək Varna Arxeologiya Muzeyinin mütəxəssisləri və Mədəniyyət Nazirliyinin Mədəni İrsin Mühafizəsi Baş İdarəsinin regional nümayəndəsinin iştirakı ilə obyektə baxış keçiriblər.

Mütəxəssislərin ilkin qənaətinə görə, bəzəkli qapaqsız sarkofaq Roma dövrünə, ehtimal ki, eramızın II-III əsrlərinə aiddir. Onun təxmini ölçüləri 90x235x75 sm-dir.

Ağır texnikanın köməyi ilə artefakt saxlanmaq üçün Varna Arxeologiya Muzeyinə aparılıb.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
2
olaylar.az

10Mənbələr