AZ

Zlatan İbrahimoviç: “Futbol oynamaq mənim indiki işimdən asandır”

İdman və kommersiya məsələləri üzrə “Milan” rəhbərliyinin məsləhətçisi Zlatan İbrahimoviç “şikayəti” ilə gündəmə gəlib.

Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, isveçli keçmiş futbolçu hazırkı işinin futbolçu işindən nə ilə fərqləndiyini izah edib:

“Deyə bilərəm ki, futbol oynamaq indi gördüyüm işin icrasından daha asandır. Mən daim öyrənirəm, amma təvazökaram. Cari işim vərdiş etdiyim işdən fərqlidir, amma ətrafımda yaxşı insanlar var. Nə qədər ki, oyunçular qalib gəlirlər, hər şey qaydasındadır. Fəsadlar onlar məğlub olduqları zaman başlayır (gülür). Oyuna əvvəlki kimi təsir edə bilmirəm. Amma öz zehniyyətimi və təcrübəmi digər oyunçulara ötürməliyəm”, deyə “İbra” vurğulayıb.

Xatırladaq ki, Zlatan İbrahimoviç peşəkar futbolçu karyerasını 2023-cü ildə başa vuraraq, “Milan”da cari vəzifəsini alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
arena.az

3Mənbələr