Mənim oğlumun həqiqi qatili kimdir, qəza vaxtı avtomobili KİM İDARƏ EDİB..?

Qəza yerindəki çəkiliş kameraları nə üçün istintaqa verilmir ?

İstintaq nə üçün 2 ilə yaxındır sürünür ?

Türkiyədən, Dubaydan Azərbaycana saxta dollar, qızıl gətirən cinayətkar dəstəni kimlər müdafiə edir ?

NUH.az müraciəti olduğu kimi dərc edir.

Hörmətli Kamran müəllim !

Sizi yaxından tanıyanlar sizin ədalətli, vicdanlı, peşəkar, qanunların aliliyinə hörmət edən hüquqşünas olduğunuzu səmimi olaraq qeyd edirlər.

Mən də sizin ədalətinizə güvənərək oğlumun faciəli ölümü ilə bağlı cinayət işinin qeyri-obyektiv aparılması, bilərəkdən süründürməçiliyə yol verilməsi ilə əlaqədar sizə müraciət edirəm.

Cənab Baş prokuror !

Qısa məlumat üçün bildirim ki, 3 fevral 2023-cü il tarixdə Nərimanov rayonu, Z.Bünyadov prospektində avtoqəza baş verib. Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, yolayrıcı səddi-BARDÜRÜ aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, MƏNİM OĞLUM , 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobilin ÜSTÜNƏ ÇIXIB. Nəticədə oğlum Səid Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cənab Baş prokuror, özünüz təsəvvür edin ki, avtomobildə olanlar və avtomobili idarə edən şəxs hansı halda, hansı vəziyyətdə olublar ki, yolayırıcı səddi-bardürü AŞARAQ qarşı tərəfdən gələn avtomobilin ÜSTÜNƏ DÜŞÜB.

İkincisi istintaq sənədlərində avtomobili sürücülük vəsiqəsi olmayan Gülnarə Fətullayevanın idarə etdiyi qeyd olunsa da, şahidlərin dediyinə görə sükanın arxasında Səbuhi Abbasov olub. Və avtomobil Səbuhi Abbasovun adına icarəyə götürülüb.

Daha bir müəmmalı məqam odur ki, bu günədək yol kənarındakı ÇƏKİLİŞ KAMERALARI ortaya çıxmayıb. Niyə?

Sözün qısası, qəza ilə bağlı cinayət işinin ilkin istintaqını Nərimanov Rayon Polis İdarəsində müstəntiq Aqil Qasımov aparıb. Və 1 aydan sonra, yəni aprel ayında istintaq dayandırılıb. Yenə ortaya sual çıxır ki, bir aydan sonra niyə istintaq dayandırılıb ? Və 6 aydan sonra, yəni oktyabrın 4-də istintaq yenidən başlanıb. Daha doğrusu, mənim Prezident Administrasiyasına və digər dövlət orqanlarına müraciətimdən sonra istintaq yenilənib.

Cənab Baş prokuror ! Kimlərin təsiri və təzyiqi ilə bu cinayət işi baxılmadan dayandırılıb ?

Yəqin ki, mən müraciət etməsəydim, bu ağır cinyət işi hələ də baxılmadan qalardı.

Cənab Baş prokuror !

Yuxarıda qeyd etdiyim kimi, 04 oktyabr 2023-cü il tarixdə, yəni hadisədən 8 ay sonra ( fevral 3 – oktyabr 4 ) Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində (müstəntiq Elgün Hüseynov) cinayət işinin istintaqı davam etdirilib. Yeri gəlmişkən, mənə DİN-də dedilər ki, istintaq 3 aya yekunlaşacaq. Amma yenə süründürməçilik, ötür-ötür oyunu davam elədi.

Belə ki Daxili İşlər Nazirliyi 3 aydan sonra, yəni 2024-cü ilin yanvar ayında cinayət işini Bakı şəhəri Xəzər Rayon Polis İdrəsinə ötürdü.

Cənab Baş Prokuror! Oğlumun ölümü ilə bağlı cinayət işi 7 aydır Xəzər RPİ-də guya araşdırılır. Niyə Xəzər RPİ ?

Guya hadisəni törədən Gülnarə Eynullayeva 16 noyabr 2023-cü il tarixdə saxta 100 dollar satan Gülnarə Fətullayeva və onun dəstə üzvləri Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Cənab Baş Prokuror!

Saxta dollar satan şəbəkənin mənim oğlumun ölümü ilə bağlı cinayət işinə nə dəxli var ?

Mediada yayılan xəbərlərdən bəlli olur ki, Gülnarə Eynullayeva və onun dəstəsi Türkiyədən Azərbaycana xeyli miqdarda saxta 100 dollar əskinasları keçiriblər.

Əlbəttə, bunları araşdırmaq istintaq orqanlarının vəzifəsidir.

Cənab Baş Prokuror !

Mən oğlumun qatilinin dəqiq kim olmasını, yəni sükanın arxasında kim olmasını bilmək və onun layiq olduğu cəzanı almasını istəyirəm.

Hörmətlə,

Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsi, ev 36 ünvanda yaşayan Qurbanov Elmar Allahyar oğlu

050-305-63-39

Leqal.info
NUH.az