AZ

İyulun 27-si səhərdən 29-u səhərədək... - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!

İyulun 27-si səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 m/san təşkil edəcək.

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirililib ki, iyulun 27-si səhərdən 29-u gündüzədək isə bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Siyəzən, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Goranboy, Daşkəsən, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Hacıqabul, Biləsuvar, Cəlilabad, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Qax, Zaqatala, Şabran, Xızı, Şəki, Salyan və Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.

  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
45
turanpress.com

10Mənbələr