AZ

Drondan istifadə edən baş məşqçi qovuldu

Paris-2024-də iştirak edən Kanadanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Beverli Priston postundan kənarlaşdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna çalışdırıcının atdığı maraqlı addım səbəb olub.

Belə ki, Priston Yeni Zelandiya ilə keçirəcəkləri matç ərəfəsində rəqibin məşqini izləmək üçün dronlardan istifadə edib. Dron Yeni Zelandiya yığmasının məşqi zamanı səmada görünüb. Məsələ ilə bağlı araşdırma aparılanda Priston bütün məsuliyyəti öz üzərinə götürüb. Nəticədə onun baş məşqçi fəaliyyətinə son qoyulub. 38 yaşlı mütəxəssisi Olimpiadada Endi Spens əvəzləyəcək.

Qeyd edək ki, A qrupunda keçirilən matçda Kanada Yeni Zelandiyanı 2:1 hesablı məğlubiyyətə uğradıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
milli.az

10Mənbələr