AZ

İraqın şimalında terrorçuların 25 hədəfi məhv edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın Qara, Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatları zamanı mağara, bunker, sığınacaq, anbar və separatçı terror təşkilatının istifadə etdiyi 25 obyektdən ibarət hədəflər məhv edilib.

Əsasən Türkiyə istehsalı olan silah və texnikadan istifadə edilən əməliyyat zamanı mülki əhali, dost ölkələrə məxsus bazalar, mədəni və tarixi abidələr, eləcə də ətraf mühitin zərər çəkməməsi üçün bütün qabaqlayıcı tədbirlər görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
cebheinfo.az

10Mənbələr