AZ

Avarçəkənimiz 1/4 finalda – "Paris-2024"

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Prosport.Az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində 3-cü yeri tutub.

O, məsafəni 7 dəqiqə 52,53 saniyəyə qət edib.

Beləliklə, Diana Dımçenko 1/4 finala vəsiqə qazanıb. Bu mərhələ iyulun 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
23
prosport.az

10Mənbələr