AZ

Sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Həftəsonu səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına mövcud hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Doğru.az-a bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı hava şəraiti hökm sürür, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomobil yollarında nəqliyyat axınının artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri qeyri-sabit hava şəraitində daha diqqətli olmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Qeyd olunan hava şəraitinin xüsusilə ikitəkərli, o cümlədən moped, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində çətinliklər yaratdığını nəzərə alaraq, belə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması tövsiyə edilir.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
49
dogru.az

10Mənbələr