AZ

“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb

Bakı. Trend:

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobalinternet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulannövbəti 23 “Starlink” peykini orbitə çıxarıb.

Trend xəbər verir ki,daşıyıcı raket şənbə günü ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat01:45-də Florida ştatının Kanaveral burnundakı Kennedi adına KosmikMərkəzdən start götürüb. Onun artıq 17-ci dəfədir istifadə olunanbirinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions”platformasına şaquli eniş edib.

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,7 mindənçox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işləkvəziyyətdədir.

Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsidünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonunməlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadəedirlər.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyarddollara başa gələcək layihə planetin istənilən guşəsindəgenişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmikaparatların sayını 30 minə çatdırmağı planlaşdırır.

Məqalədə:
Seçilən
66
7
az.trend.az

10Mənbələr