AZ

Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən mitinq keçirəcək

ABŞ-ın keçmiş prezidenti və yenidən prezidentliyə namizəd Donald Tramp iyulun 13-də sui-qəsdə məruz qaldığı yerdə yenidən seçki aksiyası keçirəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, Tramp bunu “Truth” sosial platformasındakı paylaşımında bildirib. 

Mitinqin sui-qəsd cəhdi zamanı yaralanan yanğınsöndürən Kori Komperatore və digər “vətənpərvərlər”in şərəfinə təşkil ediləcəyini bildirən Tramp paylaşımında “böyük və gözəl mitinq üçün Pensilvaniya ştatının Butler şəhərinə qayıdacağam” yazıb. 

Tramp mitinqin keçiriləcəyi gün barədə məlumat verməyib.

Tramp yazısını “müharibə, müharibə, müharibə! Təfərrüatlar üçün bizi izləyin" ifadələri ilə tamamlayıb. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
demokrat.az

4Mənbələr