AZ

Polşalı səyyah: Qarabağ turistlər üçün böyük üstünlükdür

Yazını böyüt
Yazını kiçilt

“Mən çox şadam ki, burdayam, siz bu gözəl mənzərəni görürsünüz. Mən şanslıyam ki, bu mənzərələri, görüntünü görə bilmə fürsəti əldə edən ilk xarici turistlərdən biriyəm. Mən ümid edirəm ki, dünya da bu gözəllikləri görmək imkanı əldə edə, bura səfər edə biləcəklər”.

Hafta.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun üzvü, polşalı səyyah Bortosz Kozik apa-ya açıqlamasında deyib.

O artıq ikinci dəfədir ki, Azərbaycanda olduğunu deyib.

“Mən həqiqətən də öz yaxınlarıma bu ölkəyə səfər etməyi tövsiyə edirəm. Mən buradan əvvəl Naxçıvana da səfər etdim İlk səfərim zamanı əslində Bakı, Qobustan, palçıq vulkanları və s. kifayətlənmişdim, ancaq indi daha çox yerləri görmək şansı əldə etdim. Və vurğulamalıyam ki, burada görməli çox yerlər var, bu torpaqlar, mənzərə gözəldir, təbiəti fantastikdir. Dünən gəzərkən dağlarda çobanları gördük, ətrafda quşlar uçurdu. Avropada da oxşar yerlər var, ancaq oralar turistlərlə doludur. Ola bilər ki, bu ərazilərin, dağların, boş olması Azərbaycan üçün bir üstünlük deyil, amma biz turistlər üçün böyük avantajdır, çünki biz burada təbiətlə, bu gözəl mənzərələrlə yalnız qalmaq, onu izləmək fürsəti əldə etmişik”.

O, bölgənin irəliyə baxmalı olduğunu deyib.

"Mən davam etməyin, irəli getməyin tərəfdarıyam. Ona görə də şəxsən mən onu (keçmişi) silib, təmizləyib yeni Azərbaycan yaradardım, nəinki keçmişə bağlı qalıb şəhid xalq kimi yaşayaraq uzun illər əvvəl baş verənləri hamıya xatırladardım.
Əgər Avropanın tarixinə baxsanız görəcəksiniz ki, həmişə müharibələrdə olmuş, bir-birimizlə savaşmışıq. Hər 30, 40, 50 ildən bir xalqla digər xalq arasında müharibə olub. Ancaq bu gün bizim Avropa İttifaqımız var, bu gün hamımız həmrəyik, birlikdəyik və biz keçmişi buraxaraq yeni bir dünya yaratmışıq. Mən arzu edirəm ki, Azərbaycan da eyni şeyi edə bilsin. Mənim yanaşamama görə beynəlxlaq ictimaiyyət də bu ərazilərin qurulmasına yardım etməlidir, bu gün Varşavaya çoxlu turistlər gəlir, onlar ikinci dünya müharibəsinin dağıntıları üçün deyil, gözəl Varşavanı görmək üçün gəlirlər.
Əlbəttə tarix vacibdir, onu unutmamlıyıq, amma mən düşünürəm ki, gələnlər xoş qarşılanmalı, gözəlilikləri görməli müsbət təəsüratlarla ayrılmalıdır, nəinki gələnlərə keçmiş xatırladılaraq neqativlik yüklənməlidir. Gəlin keçmişi buraxaraq irəliyə doğru gedək, nəinki illər əvvəl baş verənlərə ilişib qalaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
hafta.az

4Mənbələr