AZ

Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
67
26
olaylar.az

10Mənbələr