AZ

IV qrupun qəbul imtahanında ən yüksək bal toplayan Orxanın FOTOSU

İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib.

Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni də 697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məktəbimizin məzunu Orxan Taleh oğlu Abbasovun qazandığı uğur təhsil ocağınıa hamını sevindib.
 

AzEdu.az xəbər verir ki, məktəbdən Modern.az-a verilən məlumata görə, Orxan IV ixtisas qrupu üzrə qəbul imtahanında 397 bal toplayıb, o, blok imtahanında yüksək nəticə göstərib. Beləliklə, Orxanın ümumi balı 690.8 olub.

Orxan Taleh oğlu Abbasovun fotosunu təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
32
azedu.az

10Mənbələr