AZ

FTB güllənin Trampın qulağına dəydiyini təsdiqləyib

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd zamanı qulağına güllə dəydiyini təsdiqləyib.
Elchi.az xəbər verir ki, FTB Trampı vuran obyektin güllə, yoxsa başqa bir şey olması ilə bağlı yazılı açıqlama verib.
“Keçmiş prezident Trampın qulağına dəyən, mərhumun silahından atılan, ya bütöv, ya da kiçik parçalara ayrılmış güllə olub”, – deyə bəyanatda bildirilir. Bəyanat paylaşılıb.
FTB-nin bəyanatı Trampın zədələnməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən indiyə qədər verilən ən qəti bəyanat hesab edilib.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
elchi.az

3Mənbələr