AZ

Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcək

Prezident İlham Əliyev fərmanla müdafiə sahəsində hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında Azərbaycan-Qazaxıstan hökumətlərarası sazişi təsdiq edib.

Sənəd 2024-cü il iyunun 7-də Bakıda imzalanıb.

Fərmana əsasən, Azərbaycan Müdafiə Nazirliyi bu sənədin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Qazaxıstan Respublikası hökumətinə bildiriş göndərmək tapşırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
9
turan.az

10Mənbələr