AZ

Aparıcının qarət olunan bağı (VİDEO)

Xəbər verdiyimiz kimi, aparıcı Yelena Sidorenkonun bağ evi qarət olunub.

Axşam.az-ın məlumatına görə, aparıcı oğurluq edilən evinin görüntülərini yayımlayıb. O bildirib ki, evi qarət edənlər işıq sayğacını sındırıb, kameraları söndürsələr də, ətrafdakı kameralda görüntülər var. 

"Cinayət törədilən an ətrafda olan kameralara düşüb. Onların axtarışı davam edir. Əminəm ki, onlar tezliklə saxlanılacaq, mülkümüz isə bizə qaytarılacaq" deyə, yelena paylaşımında yazıb. 

Qeyd edək ki, aparıcı bağ evlərindən əşyalarının oğurlandığını deyərək "Şəhərdə olmadığımız iki gün ərzində hiss etdik ki, bağımızda kameralar işləmir. Evimiz Ləhiş bağlarındadır. Yoldaşım bağa baş çəkdi. Görüb ki, oğrular işıq sayğacını qırıblar və nəticədə kameralar işləməyib. Evə giriblər soyuducunu, kombini və samovarı götürüblər. Stolumuzu hasarın yanına qoyub və ordan daşıyıblar" sözlərini əlavə edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
12
qaynarinfo.az

10Mənbələr