AZ

Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur

Ət və süd məhsullarına üstünlük vermək dünyada prostat xərçənginin yayılmasına səbəb olur.

Publika.az xəbər verir ki, bunu uroloq-onkoloq Aleksandr Sısoyev “Gazeta.Ru”ya bildirib.

O, bu xəstəliyin inkişafına təsir edən əsas amillərdən danışıb.

“Kişilər arasında yayılmış bu xərçəngin əsas “günahkarları” yaş və bütün dünyada məşhur olan ət və süd pəhrizidir.

Xarici həmkarlarımızın müşahidələrinə görə, prostat xərçəngindən ən çox ABŞ-də, inkişaf etmiş Avropa ölkələrində, o cümlədən Rusiyada kişilər əziyyət çəkir. Amma Asiya ölkələrində bu xəstəliyə daha az rast gəlinir”, - Sısoyev qeyd edib.

Həkim prostat xərçənginin inkişafına risk faktorları arasında yaşın, genetikanın və heyvan yağlarının üstünlük təşkil etdiyi Qərb pəhrizinin spesifik təsiri olduğunu bildirib.

“Statistikaya görə, kişilər yaşlandıqca prostat xərçəngi riski nəzərəçarpacaq dərəcədə artır. Xərçəng 60-70 yaşdan yuxarı kişilərin çoxunda rast gəlinir. Onkoloqlar onun inkişafını prostat toxumasında yaşla əlaqəli baş verən patoloji dəyişikliklərlə əlaqələndirirlər. Ancaq 40 yaşdan kiçik gənc kişilərdə xəstəlik olduqca nadirdir - 10 min nəfərə 1 hal.

Xərçəngin əmələ gəlməsində irsi faktorlar da böyük rol oynayır. Bu xəstəliyə yaxın qohumları (baba, ata, əmi) keçmişdə prostat xərçəngindən əziyyət çəkən kişilərdə demək olar ki, 5 dəfə çox rast gəlinir”, - deyə həkim diqqətə çatdırıb.

Onun sözlərinə görə, prostat xərçəngi ilə əlaqəli digər ümumi faktor prostatda xroniki, tez-tez təkrarlanan iltihabdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
10
publika.az

10Mənbələr