Bakı. Trend:
Beynəlxalq Olimpiya Oyunlarının prezidenti Tomas Bax və 2024-cüil Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Toni Estanqe 2024-cüildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarını açıq elan edib.
Trend-inməlumatına görə, açılış mərasimi ilk dəfədir ki, stadiondan kənardakeçirilir.
Arenada parad əvəzinə olimpiya komandaları gəzinti gəmilərindəSena çayı boyunca hərəkət ediblər.
Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris Olimpiadasında206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrəümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.