AZ

Şəmkirdə elektrik enerjisinin verilməsində fasilə yarandı

Şəmkir rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Teleqraf.com xəbər verir ki, Kür qəsəbəsində və yaxın ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Səbəb rayon ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin olmasıdır.

Qeyd edək ki, Qərb bölgəsində yağışlı hava şəraiti müşahidə olunur.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
teleqraf.com

7Mənbələr