AZ

Muxtar Babayev III Çarlzla görüşdü - FOTO

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Londonda “Clarence House”da Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, görüşdə COP sədrlikləri “Troyka”sına daxil olan COP28-in prezidenti Sultan Əl Cabir və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni iştirak ediblər.

Görüşdə COP sədrlikləri “Troyka”sı BƏƏ Konsensusu ilə yaranmış dinamikanı davam etdirmək və 1,5 hədəfinə çatmaq üçün göstərilən səyləri Kral III Çarlzla paylaşmaqdan məmnun və şərəf duyduğunu bildirib.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
10
bizim.media

10Mənbələr