AZ

SosialMakaronun içindən diri siçan balaları çıxması iddiasına MÜNASİBƏT - YENİLƏNİB - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

“Azərsun Holdinq” “Saville” makaronunun qablaşdırmasında siçanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Şirkətdən bildirilib ki, makaron məhsulları çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırılıb.

“Bunu nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək” - şirkətin açıqlamasında qeyd olunur.

***19:25

Alınan makaronun içindən diri siçan balaları çıxıb. 

Far.Az-in məlumatına görə, bu iddia sosial şəbəkədə yayılıb. 

Diri siçan balalarının makaron qablaşdırılmasının içinə necə düşdüyü isə məlum deyil. 

Yayılmış görüntülərlə bağlı münasibət öyrənmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən Far.Az-ə bildirildi ki, məsələ agentlik tərəfindən nəzarətə götürülüb: "Sosial şəbəkədə yayılan bu görüntü ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".

Far.Az VİDEO Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
22
far.az

10Mənbələr