AZ

"Real"la Alfonso Devis arasındakı razılıq əldə olunub

Bakı. Trend:

"Real" və Alfonso Devis arasında ilkin müqavilə imzalanıb.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, "Bavariya"nın müdafiəçisi 2025-ci ilin yayındaMadrid klubuna keçəcək.

Kanadalı futbolçu "Real"a sərbəst agent kimi qoşulacaq. Devis"Bavariya" ilə yeni müqavilə bağlamaqdan imtina edib. MadridlilərKilian Mbappenin transferi zamanı istifadə olunan variantdanistifadə ediblər. PSJ ilə yeni müqavilə imzalamayan fransalıhücumçu ödənişsiz Madridə yollanıb.

Qeyd edək ki, Anfonso 2023/2024 mövsümündə münhenlilərinheyətində 42 oyunda 3 qol və 6 ötürmə ilə yadda qalıb.

Seçilən
61
1
az.trend.az

4Mənbələr