AZ

Rusiyada 1000-ə yaxın miqrant həbs olundu

İyul ayı ərzində Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətində polis 1000-ə yaxın miqrantı həbs edib. 

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Onların əksəriyyəti miqrasiya qanunlarının pozulması ilə bağlı saxlanılıb” , - məlumatda qeyd olunur.

Yoxlamalar nəticəsində yüzlərlə qanun pozucusu həbs edilib.

“Miqrasiya qanunvericiliyinin ən kobud şəkildə pozulmasına yol vermiş 900-dən çox əcnəbi bir neçə il ərzində geri qayıtmaq qadağası ilə Rusiya Federasiyasından deportasiya olunmaq üçün ixtisaslaşdırılmış mərkəzlərə yerləşdirilib”, - deyə Baş İdarədən bildirilib.

Bundan əlavə, qeyri-qanuni miqrasiya üçün kanallar təşkil edən iki cinayətkar qrup da məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
7
korrespondent.az

8Mənbələr