AZ

Oğlunun başında əşyalar sındıran ata ilə bağlı araşdırma aparılır - RƏSMİ

Övladına xəsarət yetirən ata ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

22:52

Mingəçevirdə yeniyetmə övladına hirslənən ata əlinə keçən məişət əşyalarını onun başında qırıb.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Vidadi küçəsi 3 ünvanında baş verib. 2010-cu il təvəllüdlü şəhər sakini Bəşirov Teymur Yavər oğlu döyülərək çoxsaylı xəsarətlər alıb.

Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb. Əldə edilən məlumata görə, yeniyetmə atası tərəfindən döyülüb, hətta ata bəzi əşyaları onun başında sındırıb.

Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
bakupost.az

10Mənbələr