AZ

“Saville” makaronu ilə bağlıyayılan görüntülər həqiqəti əks etdirmir"

“Azərsun Holdinq” “Saville” makaronu ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Şirkətdən Demokrat.az-a bildirilib ki, görüntülər həqiqəti əks etdirmir, makaron  məhsulları çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırılıb.

“Bunu nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək” - şirkətin açıqlamasında bildirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
5
demokrat.az

10Mənbələr