AZ

Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri özünü yandırmağa cəhd edib

Moskvada Qırmızı Meydanda təqaüdçü özünü yandırmağa cəhd edib.

Bir sıra Rusiya KİV-lərinin məlumatına görə, o, hərbi trxnologiyalarla məşğul olan Tədqiqat İnstitutunun rəhbəri olub. “Mash”ın məlumatına görə, iyulun 26-da günorta saatlarında bir nəfər üstünə tezalışan maye tökərək özünü yandırıb.

Polislər onu yerə yıxaraq söndürüblər. Adam yalnız yüngül yanıq xəsarətləri alıb və dindirilir. Telekanalın məlumatına görə, bu, Volna Mərkəzi Tədqiqat İnstitutunun rəhbəri, 74 yaşlı Vladimir Arsenyevdir. Onun işlədiyi elmi-tədqiqat institutu quru qoşunları, aviasiya və Rusiya Hərbi Dəniz Qüvvələrinin radiostansiyaları üçün komponentlər hazırlayır və istehsal edir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
2
editor.az

3Mənbələr