AZ

Qarabağ Universitetində yeni təyinatlar

BAYRAQDAR MEDİA – Qarabağ Universitetində yeni təyinatlar olub.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.C.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ticarətin və ictimai iaşənin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb. Daha sonra o, iqtisadiyyat ixtisası üzrə Portuqaliyanın Elm və Texnologiya Fondunun tam təqaüdü ilə Lissabon NOVA Universitetində magistratura və Almaniyanın Bielefeld Universitetində doktorantura səviyyələrində təhsilini davam etdirib. C.Məmmədov elmi-pedaqoji fəaliyyətinə 2012-ci ilin sentyabr ayında Xəzər Universitetində başlayıb, 2012–2013-cü illərdə İqtisadiyyat və menecment departamentinin iqtisadiyyat bölməsi üzrə koordinator, 2013–2015-ci illərdə departamentin müdir əvəzi, 2015–2017-ci illərdə departament müdiri vəzifələrində çalışıb. 2017-ci ildən isə universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb”.Daha sonra xəbərdə deyilir ki, “bundan əlavə, C.Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib. O, “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir”.Xəbərdə həmçinin qeyd olunur ki, “Ş.Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub. S.İbayev bakalavriat və magistratura səviyyələri üzrə təhsilini Milli Konservatoriyada alıb. Bu təyinatadək o, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (ADAOBT) solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib”.Qeyd edək ki, Əməkdar artist olan Səbuhi İbayev, həmçinin Prezident mükafatçısıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
32
bayraqdar.info

10Mənbələr