AZ

Sabiq "Qarabağ"lı Birinci Liqada oynamaqdan imtina etdi

Yeni mövsümə hazırlıqlara start verən “Qəbələ”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Söhbət cinah müdafiəçisi Rauf Hüseynlidən gedir.

Müqaviləsi başa çatan arxa xətt oyunçusu ilə danışıqlar uğursuz başa çatıb.

24 yaşlı futbolçu Birinci Liqada oynamağa isti yanaşmayıb.

“Qarabağ”ın yetirməsi ötən ilin yayından “qırmızı qaralar”ın şərəfini qoruyurdu.

O, ötən mövsüm meydana çıxdığı 35 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Gənclər millimizin sabiq üzvü karyerası ərzində “Şamaxı” və “Zirə”də də çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
52
sportinfo.az

1Mənbələr