AZ

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi

Gürcüstanda yaşayan ən yaşlı soydaşımız, pedaqoq, jurnalist, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində çalışmış Dünyamalı Kərəm (Əliyev) iyulun 26-da 104 yaşında dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə D.Kərəmin yaxınları məlumat yayıblar

Qeyd edək ki, Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 28-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olub.

Bakıda ali təhsil alan D.Kərəm 1954-1957-ci illərdə Xankəndidə "Kommunist " qəzetinin xüsusi müxbiri olaraq çalışıb. Sonradan anasının arzusu ilə Bolnisiyə qayıdaraq müəllim kimi fəaliyyət göstərib.

O, 7 kitabın, yüzlərlə elmi məqalənin müəllifi olub.

Daim "İnsanın uzunömürlü olması onun özündən asılıdır", - deyən D.Kərəmin sonuncu kitabı da "Mən ki, 100 il yaşamasam" adlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
10
milli.az

10Mənbələr