AZ

"Qarabağ"ın yetirməsi II Liqa klubunda

"Şahdağ Qusar" növbəti mövsüm üçün heyətini komplektləşdirməyə davam edir.

Apasport.az xəbər verir ki, II Liqa təmsilçisi son olaraq "İmişli"nin formasını geyinmiş Ruslan Hacıyevi heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumameyilli futbolçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruslan Hacıyev "Qarabağ"ın yetirməsidir. O, Ağdam klubu ilə yanaşı, uzun müddət "Səbail"in formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
4
apasport.az

6Mənbələr