AZ

PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib (FOTO)

Bakı. Trend:

Bir müddət öncə PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞASığorta DOST Agentliyi ilə birgə “İnklüzivlik ayı” adı altındakorporativ sosial məsuliyyət layihəsi həyata keçirib.

PAŞA Sığorta “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunan“İnkluzivlik ayı” layihəsinin baş sponsorudur. Layihənin məqsədiautizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyətiməhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudəvaxtlarının səmərəli keçirilməsinin təmin edilməsidir. AzərbaycanRespublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişafStrategiyasının icrası ilə bağlı həyata keçirilən “İnklüzivlik ayı”layihəsi bir neçə ay uğurla davam etmişdir.

Layihə çərçivəsində həyata keçirilən “Yaşıl dünya naminə!”həftəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzininbenefisiarları və Könüllü DOSTların iştirakı ilə masterklasslarhəyata keçirilmişdir. Həmçinin, görmə qabiliyyəti məhdud uşaqlarıntoxunaraq hiss edəcəyi xüsusi «eko-terapiya» da reallaşmışdır.

“Yaradıcı düşüncələr” həftəsində xüsusi qayğıya ehtiyacı olanşəxslərin hazırladıqları keramika işləri və rəsm əsərləri layihəninqala gecəsində satışa çıxarılmışdır.

Bağlanış mərasimində “İnklüzivlik ayı” layihəsi çərçivəsindəhazırlanmış işlərdən ibarət sərgi ilə tanışlıq olub, daun sindromlugənclərin “Rockabilly dance” rəqs nömrələri, “Danceability”inklüziv rəqs performansı təqdim olunub, daun və autizmligənclərinin iştirakı ilə “Adaptiv moda” gecəsi keçirilib.

Xatırlatmaq istərdik ki, uşaqların gələcəyi PAŞA Qrup-unKorporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri çərçivəsində yeralan önəmli istiqamətlərdəndir.

PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
PAŞA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
7
az.trend.az

7Mənbələr