AZ

Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə TƏYİN ETDİ  

Avropa İttifaqı Şurası Maqdalena Qrononu Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndə təyin edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, M.Qrono Toivo Klaarı əvəz edəcək və o, sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq. 

"O, BMT və ATƏT ilə sıx koordinasiya şəraitində Gürcüstandakı böhran da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə töhfə verəcək",- məlumatda qeyd olunub. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
20
bizim.media

10Mənbələr