AZ

“Mançester Yunayted” gənc hücumçusunu “Uiqan”a icarəyə verdi

“Mançester Yunayted” “qırmızı şeytanlar”ın ingilis mərkəz hücumçusu Co Hyugili icarə müqaviləsi əsasında “Uiqan”a göndərib.

Arena.az bu barədə Mançester klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsi 1 illik müddətə – 2024/2025-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. İcarə xərcləri isə müqavilə müddətinin sonunda razılaşdırılacaq.

Co Hyugil futbola “Nyukasl”da qədəm qoyub. “Sağsağanlar”n düşərgəsindən “Sanderlend”ə keçmiş hücumçu buradan “Mançester Yunayted”ə yol tapıb. “Qırmızı şeytanlar” Hyugili “Oltringem” və “Berton Albion”da icarədə oynadıblar.

Geridə qalmış 2023/2024-cü illər mövsümünü Hyugill “Berton Albion”un heyətində keçirib, 18 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

Co Hyugill hələ milli yığma komandaya cəlb edilməyib, həmçinin böyük futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı ingilis hücumçunun transfer dəyərini 200 min avro məbləğində qiymətləndirir.

Seçilən
84
arena.az

1Mənbələr