AZ

Ali təhsil müəssisələrinin sərgisində iştirak etmək üçün qeydiyyat davam edir

31 iyul – 2 avqust 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq.

Bakıvaxtı.az DİM-ə istinadən xəbər verir ki, Sərgidə ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri təmsil olunacaqlar.

Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
11
bakivaxti.az

10Mənbələr