AZ

Beynəlxalq səyyahlar Laçında

Dünyada ən çox tanınmış dörd nəhəng səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Demokrat.az xəbər verir ki, səfərin marşrutuna müvafiq olaraq səyyahlar Kəlbəcərdən Laçına gəliblər.

Onlar şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Məlumat verilib ki, hazırda Laçın şəhəri ilə bərabər rayonun Zabux və Sus kəndlərində də sakinlər öz doğma yurdlarına qayıdıblar. Bildirilib ki, Laçın şəhərində 534 ailə olmaqla 1971 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb. Həmçinin rayon ərazisində görülən mühüm işlər barədə səyyahlara məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
demokrat.az

7Mənbələr