AZ

Azərbaycanın işgüzar turizm potensialı tanıdılır

Son yeniləmə: 26 İyul 2024 12:18 BAYRAQDAR MEDİA – 25-26 iyul tarixlərində Hindistanın Caypur şəhərində keçirilən 11-ci “MICE India & Luxury Travel Congress (MILT Congress 2024)” konqresində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.Bildirilib ki, “tədbirdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) “bürünc tərəfdaş” statusunda təmsil edir. Hindistanın işgüzar turizm üzrə aparıcı mütəxəssisləri, tədbir agentlikləri və toy təşkilatçıları ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilir”.Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun dövründə hədəf turizm bazarlarından biri olan Hindistandan Azərbaycana səfər edənlərin sayı 117 985 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə artımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
11
bayraqdar.info

10Mənbələr