AZ

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlandı

Bakı. Trend:

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker buposta təyin olunub.

AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən soniclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunub,namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalqtəcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəyverilib.

Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı.Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFAreferisi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Azərbaycan PremyerLiqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlikedəcək.

Frank de Bleker barədə məlumatı diqqətinizə çatdırırıq:

FRANK DE BLEKER
01.07.1966-cı ildə anadan olub.
1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinatalıb.
UEFA-nın Hakim-İnspektoru kimi fəaliyyət göstərir.
UEFA-nın CORE Proqramı (UEFA Mükəmməl Hakimlik Mərkəzi) üzrəTəlimçisidir.
UEFA-nın İstedadlı hakimlər üzrə Mentorudur.
UEFA-nın Hakimlərin İnkişafı Komissiyasının üzvüdür.
Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorunmüavini vəzifəsində işləyib.
Belçika Futbol Assosiasiyasında Hakimlərin İnkişafı üzrə şöbəninrəhbəri olub.

KARYERA
Hakimlik fəaliyyətinə 1984-cü ildə başlayıb.
17 il ərzində Belçikanin Yüksək Liqasında keçirilən oyunlardahakimlik edib (ümumilikdə 242 oyun).
7 dəfə Belçikada ilin hakimi seçilib.
6 dəfə “Qızıl Fit” mükafatı ilə təltif edilib.
2009-cu ildə dünyanın ən yaxşı üçüncü hakimi seçilib.
2006-cı ildə Almaniyada, 2010-cu ildə Cənubi Afrikada keçirilənFIFA dünya çempionatlarında hakimlik edib.
2004-cü ildə Portuqaliyada, 2008-ci ildə Avstriya və İsveçrədəkeçirilən (yarımfinal mərhələsinin Rusiya - İspaniya oyunu daxilolmaqla) UEFA Avropa çempionatlarının oyunlarında hakimlikedib.
2005-ci ildə Peruda keçirilən U-17 FIFA dünya çempionatınınoyunlarını idarə edib.
UEFA Çempionlar Liqasının 47 oyununda hakimlik edib.
3 dəfə UEFA Çempionlar Liqasının yarımfinal oyunlarını idarə edib(2006, 2010, 2011).
3 dəfə UEFA Avropa Liqasının yarımfinal oyunlarını idarə edib(2007, 2008, 2009).
2009-cu ildə UEFA Superkubokunun final (“Barselona” – “Şaxtyor”Donetsk) oyununu idarə edib.
2009-ci ildə Misirdə keçirilən U-21 FIFA dünya çempionatınınoyunlarını idarə edib.
3 dəfə Belçika Kubokunun final oyununu idarə edib.
Uğurlu karyerasına görə Belçikada 2011-ci ildə xüsusi mükafatlatəltif olunub.
AVRO-2024-də Hakim-inspektor kimi fəaliyyət göstərib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
10
az.trend.az

10Mənbələr