AZ

Harris Trampa meydan oxudu: “Onunla debat etməyə hazıram”

\"Donald Trampla debat etməyə hazıram”.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Kamala Harris jurnalistlərə açıqlamasında deyib.

Harris Trampı sentyabrın 10-da keçiriləcək teledebatdan geri çəkilməkdə günahlandırıb.
 
\"Məncə, seçicilər debatda mövcud olan bölünmüş ekranı görməyə layiqdirlər\" - deyə Kamala Harris açıqlamasında əlavə edib.

Qeyd edək ki, 10 sentyabrda keçiriləcək teledebat Co Bayden və Donald Trampın razılaşdığı iki teledebatdan biridir.

Birincisi iyunun 27-də CNN tərəfindən həyata keçirilib, digərinin isə keçiriləcəyi hələlik məlum deyil.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
azxeber.com

2Mənbələr