AZ

“Ukrayna ilə danışıqlarda konkret nəticə yoxdur”- Peskov

Ukrayna ilə danışıqlarda konkret nəticə yoxdur, Kiyevin impulslarının nə dərəcədə real olduğu məlum deyil.

Medianews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  deyib.

“Danışıqlara gəlincə, hələlik konkret maddələr yoxdur, aydın olmayan siqnallar var, lakin onların nə dərəcədə real olduğunu bilmirik. Bizimlə hər hansı danışıqlar aparmaq baxımından Kiyev rejiminə qadağa var. Hələlik heç bir aydınlıq yoxdur”, – Kreml sözçüsü bildirib.

Xatırladaq ki, iyulun 24-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Quançjouda çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı ölkəsinin Rusiya Federasiyası ilə dialoqa hazır olduğunu açıqlamışdı.

O qeyd edib ki, danışıqlar rasional və mənalı olmalı, ədalətli və davamlı sülhə nail olmağa yönəldilməlidir.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
medianews.az

10Mənbələr