AZ

Otuz nəfər paytaxt məktəblisi SASMO olimpiadasının finalında uğur qazanıb

Bakı, 26 iyul, AZƏRTAC

Bakı məktəbliləri SASMO-nun (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) final turunda uğurla iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 35 ölkədən 2200 şagirdin qatıldığı olimpiadada idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 30 şagirdi SASMO olimpiadasının final turunda iştirak edərək adını qaliblər sırasına yazdırmağı bacarıb.

Üç mərhələdən ibarət olimpiadada fərdi kateqoriya üzrə 5 şagird gümüş, 5 şagird bürünc medal qazanıb. Olimpiadanın “Math Warriors” adlı II mərhələsində 2 məktəbli qızıl, 4 məktəbli gümüş, 7 məktəbli isə bürünc medala layiq görülüb. Olimpiadanın “Mind Sports” adlı III mərhələsində isə 1 nəfər qızıl, 6 nəfər gümüş, 9 nəfər bürünc medal əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
azertag.az

3Mənbələr