AZ

7 avtobus marşrutunun istiqaməti dəyişdi

Bu gün Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şossesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
49
cebheinfo.az

10Mənbələr