AZ

Dünyanın ən hündür tunelinin tikintisinə başlanılıb

Hindistan dünyanın ən hündür tunelinin tikintisinə başlayıb. 

"Shinkun La" tuneli layihəsi bütün hava şəraitində yüksək hündürlükdə yerləşən Leh şəhəri ilə fasiləsiz əlaqəni təmin etmək üçün Nimmu-Padum-Darça yolunda təxminən 4815 m hündürlükdə 4,1 km uzunluğunda iki xəttdən ibarət olmaqla tikiləcək.

"Bu, dünyanın ən hündür tuneli olacaq. "Şinkun La" tuneli təkcə hərbi qüvvə və texnikamızın sürətli və səmərəli hərəkətini təmin etməyəcək, həm də Ladaxın iqtisadi və sosial inkişafına töhfə verəcək", - Hindistan hökuməti bildirib. 

İndi dünyanın bu tipli ən hündür obyekti Çində dəniz səviyyəsindən 4750 m yüksəklikdə yerləşən tunel hesab olunur. O, Tibet Muxtar Bölgəsinin paytaxtı Lxasanı regionun cənub-şərqindəki Ninqçi şəhəri ilə birləşdirən 400 kilometrlik avtomobil yolunun bir hissəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
5
marja.az

7Mənbələr