AZ

“Boeing” bu işə görə 700 milyon dollar xərcləyəcək - ŞOK RƏQƏM!

Image

Təyyarə istehsalçısı “Boeing” ABŞ Ədliyyə Nazirliyinə “Lion Air” və “Ethiopian Airlines” şirkətlərinə məxsus iki 737 MAX təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatı başa çatdırmağa imkan verəcək dolandırıcılıq və cinayət sui-qəsddə təqsirli bilinmək barədə razılığını təsdiqləyib. Xarici medianın yazdığına görə, “Boeing” ABŞ-ın Ədliyyə Nazirliyinə günahının etiraf edilməsi ilə bağlı təfərrüatlı saziş təqdim edib.

Bu saziş çərçivəsində şirkət həmçinin 243,6 milyon dollar cərimə ödəməyi də öhdəsinə götürür. Bundan əlavə, “Boeing” üç il ərzində təhlükəsizlik və normativ standartlara riayət edilməsi proqramlarının təkmilləşdirilməsinə ən azı 455 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
8
baki-xeber.com

9Mənbələr