AZ

Bəzi yerlərə leysan yağıb

İyulun 26-sı saat 9:00-a olan məlumata görə Azərbaycanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. SİA-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Qəbələdə 27 mm, Lerik, Astarada 22 mm, Oğuzda 17 mm, Kürdəmir, Şahdağda 15 mm, Qubada 11, Qrız, Yardımlıda 10 mm, Göyçayda 9 mm, Lənkəranda 8 mm, Zərdab, Tərtər, Şəki, Qax, Qobustan, Qusar, Şamaxı, Biləsuvar, Naftalan, İsmayıllı, Altıağac, Şabran, Mingəçevir, Beyləqan, Daşkəsən, Naxçıvan, Gədəbəy, Göygöl, Gəncə, Bərdə, Goranboy, Ağdam, Balakən, Xaltan, Yevlax, İmişli, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şahdağ, Qrız, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Qaxda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 35, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.

Seçilən
56
47
sia.az

10Mənbələr