AZ

"Sumqayıt" 10 nəfərlə "Fehervar"a uduzdu

"Sumqayıt" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda "Fehervar"la qarşılaşıb.

Prosport.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt"ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. "Fehervar"dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.

Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
13
prosport.az

10Mənbələr